Kartofun içindən narkotik çıxdı

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Kartofun içindən narkotik çıxdı

Penitensiar xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ruslan Tahir oğlu Məmmədova qardaşı Elvin Tahir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilərkən 2 (iki) ədəd içərisi ovulmuş kartofun içərisinə sellofan bükülülərdə yerləşdirilmiş xalis çəkisi 9,46 qram olan narkotik vasitə "marixuana" və 6 (altı) ədəd içərisi ovulmuş kartofun içərisinə sellofan bükülülərdə yerləşdirilmiş xalis çəkisi 97,604 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə