Bu gün Bakı şəhəri, Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, hadisə Rəşid Behbudov prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb. Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən 90 MR 109 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı minik avtomobili Rəşid Behbudov küçəsinə dönmə əməliyyatını həyata keçirərkən idarəetməni itirib və yol kənarındakı reklam lövhəsinə çırpılıb.
Hadisə şahidlərinin dediyinə görə, qəza səhər 6:15 radələrində qeydə alınıb. Baş verən qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Hadisə zamanı sürücü və avtomobildə olanlar xəsarət alıblar.
Qeyd edək ki, hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, ərazidə yol polis əməkdaşlarını görmədik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB