Avtomobildən özünü atdı

Bu gün saat 11:20 radələrində Əziz Əliyev küçəsi ilə hərəkətdə olan "VAZ 2105" markalı avtomobilin idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq ağaca çırpılıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, qəza zamanı avtomobil yararsız hala düşüb. Qəza nəticəsində sürücü – 25 yaşlı Teymur Allahverdiyev özünü avtomobildən atmaqla müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb. Onun sözlərinə görə, qəzaya səbəb qarşıda gedən "Mercedes"in sürücüsünün əyləc sistemindən vaxtında istifadə etməməsi olub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə