Göygöl rayonunda mal-qara oğruları həbs olunub. Rayon Polis Şöbəsindən SİA-nın Qərb bölgəsinə verilən məlumata görə, rayonun Fadılı yaylağında Gəray Məhsimova məxsus 9 baş iribuynuzlu mal-qara Nadel kənd sakinləri Elvin Hüseynov və Samir Yusifov tərəfindən oğurlanıb. Saxlanılan şəxslər dindirilmə zamanı cinayəti törətdiklərini etiraf ediblər.
Qeyd edək ki, faktla bağlı Göygöl rayon Polis Şöbəsində oğurluq maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB