Bərdədə xırda buynuzlu heyvanlar canavarların hücumuna məruz qalıblar. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Bərdənin Qaraqoyunlu kəndində 10 baş qoyunu canavar parçalayıb, 5 heyvanı isə yaralayıb. Ümumilikdə 15 baş xırda heyvana ziyan dəyib.
Baytar həkimlər xəsarət almış heyvanlarda quduzluğun qarşısını almaq üçün vaksin işləri aparıb. Ölmüş heyvanlar isə həkimin nəzarəti altında basdırılıb.
Qeyd edək ki, ölmüş heyvanlardan nümunə götürülüb ki, bu da respublika baytarlıq laboratoriyasına göndəriləcək.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB