36 yaşlı rayon sakini suda batıb

36 yaşlı rayon sakini suda batıb

Bərdə sakini suda batıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, 36 yaşlı Ceyhun Nadirov Qarabağ kanalının Bərdə rayonun Alpout kəndi ərazisində, kanalın nəzarətsiz hissəsində çimərkən boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri çağırılıb. Hazırda suda axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə