Köhnə bazar yandı HADİSƏ - FOTOLAR

Köhnə bazar yandı HADİSƏ - FOTOLAR

Şirvanda köhnə bazarda yanğın olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün axşam saat 19:30 radələrində Şirvan şəhəri L.İbrahimov küçəsində yerləşən köhnə ticarət mərkəzinin ərazisində yerləşən istifadə olunmayan yeməkxanada yanğın hadisəsi baş verib. 70 kvadratmetr ərazini əhatə edən yanğın şiddətli olub.

Yanğının ətrafda yerləşən iaşə obyektlərinə keçməsinin qarşısı Şirvan şəhər yanğından mühafizə bölməsinin əməkdaşları tərəfindən alınıb. Hadisə yerinə 3 ədəd yanğın söndürən maşınlar cəlb olunub. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə