Yanvarın 31-i saat 18:50 radələrində Kürdəxanı – Pirşağı yolunda yol nəqliyyat hadisəsi baş verib. Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Etibar Nəzirməmmədov idarə etdiyi "Opel Vectra" markalı avtomaşınla Tahir Nuriyevi və həyat yoldaşı Mahirə Nuru qızını vurub. Hadisə nəticəsində, M.Nuriyeva hadisə yerindəcə həyatını itirib, T.Nuriyev isə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə