Rusiyada son illərin ən soyuq qışı yaşanmaqdadır. SİA-nın verdiyi xəbərə görə, ölkədə havanın tempraturu -50 dərəcəyə düşub. Soyuqlar nəticəsində 210 nəfər donaraq ölüb. Paytaxt Moskvada 19 nəfər, Tümendə 41, Çelyabinskidə 37, Altay bölgəsində 24, Tatarıstanda 15, Başqırdıstanda 12 və Kemerovada 8 nəfər ölüb. Bundan əlavə 4500 nəfər isə donma təhlükəsi ilə xəstəxanaya yerləşdirilib.
Sinoptiklərin verdiyi məlumata görə, Rusiyadakı soyuqların gələcək günlərdə də davam edəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB