Hacıqabulda fermada güllələnmə hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gün saat 19:00 radələrində Hacıqabul rayonun Sever adlanan ərazisində Quliyev Səfər adlı şəxsin cücə fermasında güllələnmə hadisəsi baş verib.
Fermada işləyən Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, 1986-cı il təvəllüdlü Yusifov Tural İrşad oğlu həmin fermada bir yerdə işlədiyi Sabirabadın Qaragüney kənd sakini 1960-cı il təvəllüdlü Şükürov Vahid Əlihüseyin oğlunu aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə ağzından 1 güllə ilə atəş açaraq qəsdən qətlə yetirib.
Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikovun verdiyi məlumata görə, əvvəlcə hər iki şəxs bir yerdə yeyib içiblər. Sonra aralarında yaranan mübahisə zamanı 52 yaşlı Vahid Şükürov 26 yaşlı Yusifov Turalı nalayiq söyüşlərlə təhqir edib. Bu zaman məlum hadisə baş verib. Hadisə yerinə gələn Hacıqabul Polis şöbəsinin əməkdaşları fermanın həyətində yaşayış evindən 3 min ədəd "Toz 8" markalı merkaş patronları aşkar edərək götürüblər.
Xatırladaq ki, Hacıqabul polisi hadisədən 1 ay öncə həmin fermadan 1 ədəd ov tüfəngi də aşkar edərək götürüblər.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda AR CM-nin 120.1-ci maddəsi ilə cinayət işi açılaraq istintaq aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB