Yol qəzasında 2 nəfər diri-diri yandı

Yol qəzasında 2 nəfər diri-diri yandı

Gədəbəy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, Novosaratovka kəndində vətəndaşa məxsus "VAZ-2107" markalı minik avtomobili yolun kənarındakı betondan ibarət elektrik dirəyinə çırpılıb, nəticədə avtomobil yanıb.

Qəza zamanı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinin yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilib və aidiyyatı üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə