Bakıda minik maşını dərəyə aşıb

Bakıda minik maşını dərəyə aşıb
Bakıda minik maşını dərəyə aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda VAZ markalı minik avtomobili dərəyə yuvarlanıb.

Nəticədə, sürücü xəsarət alıb və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 09:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə