Şadlıq sarayından külli miqdarda pul oğrlayan şəxs yaxalanıb

Şadlıq sarayından külli miqdarda pul oğrlayan şəxs yaxalanıb

Oktyabrın 17-nə keçən gecə C.Xəndan küçəsində yerləşən \"Clear\" restoranının mühasibat otağından şüşəni sındırma yolu ilə içərisində 30 min ABŞ dolları və 24 min manat olan seyf oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qurumun Cinayət Axatrış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini İntiqam Əsgərov noyabrın 29-da tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə