Azərbaycanı \"Eurovision\"da təmsil etmiş müğənni Samir Cavadzadə həbs edildi. O duet ortağı Elnur Hüseynovun qohumu Elvin Hüseynovu bıçaqlamaqda şübhəli bilinir. Nəsimi RPİ-nin 21-ci polis bölməsindən SİA-ya verilən məlumata görə, Elvin Hüseynova aralarındakı mübahisə zamanı otaq yoldaşı müğənni Samir Cavadzadə tərəfindən boyun nahiyəsindən yüngül bıçaq xəsarəti yetirilib.Yaralı dərhal 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. E.Hüseynov boynundan kəsilmiş-deşilmiş xəsarət alıb. Qeyd edək ki, hadisə bu gün səhər saat 06 radələrində Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 32, mənzil 1 ünvanında qeydə alınıb. Nəsimi rayon 21 polis bölməsindən verilən məlumata görə Cavadzadə bölməyə çağırılıb və izahatı alındıqdan sonra buraxlılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB