Sabunçu-Zabrat yolunda ağır yol qəzası, 4 ölü, 6 yaralı

Sabunçu-Zabrat yolunda ağır yol qəzası, 4 ölü, 6 yaralı

Ötən gecə Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iki "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində baş vermiş qəzada 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Belə ki, Elsevər Əliyevin idarə etdiyi "VAZ-2106" markalı, 58 BA 263 dövlət nömrə nişanlı avtomobil və toy mərasimindən qayıdan Yolçu Musayevin idarə etdiyi "VAZ-2106" markalı, 10 BC 689 dövlət nömrə nişanlı avtomobili ilə toqquşub.

Nəticədə hər iki sürücü, Yolçu Musayevin sərnişini və ailə üzvləri Fatma və İbadət Musayevlər hadisə yerindəcə ölüb.

Y.Musayevin digər sərnişinləri və ailə üzvləri Rüfət Musayev, Rəşad Musayev, Xeyransa Musayeva, Fəridə Musayeva və E. Əliyevin sərnişini - həyat yoldaşı Gülnarə Əliyeva ağır vəziyyətdə Sabunçu rayon 3 saylı Şəhər klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanıb, qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə