Azərbaycanda 2 nəfəri ilanı vurub

Azərbaycanda 2 nəfəri ilanı vurub

Azərbaycanda iki nəfəri ilan sancıb. Onlardan biri Goranboy rayonunun Veyisli kəndi ərazisindəki otlaq sahəsində baş verib. SİA-nın məlumatına görə, xəbəri Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Kənd sakini 11 yaşlı Elsevər Zeynalov ilan sanсması nətiсəsində ölüb. Digər hadisə isə Gəncədə Kürəkçay Dəmir Yolu Stansiyasının ərazisində baş verib. Burada isə Gəncə Lokomotiv Deposunun işçisi Arif Qurbanovu ilan sancıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə