Rusiyada milliyəti azərbaycanlı olan şəxslər 4 nəfəri bıçaqla doğrayıb. SİA-nın "Şimali Qafqaz" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Rusiyanın Rostov-na-Donu şəhərində baş verib.
"Lenin" meydanında "söhbət" edən şəxslər daha sonra yüksək səslə danışamağa başlayıblar və "razborka" kütləvi davaya çevrilib. Nəticədə 4 nəfərə ağır bıçaq xəsarəti yetirilib. Yaralılar dərhal xəstəxanaya aparılıb.
Hazırda Şəhər üzrə Polis idarəsi baş verən insidentlə bağlı araşdırma aparır.
Verilən son xəbərə görə, hadisəni törədənlər 22 və 25 yaşlı Azərbaycan vətəndaşlarıdır. Onlar içkili vəziyyətdə 4 Ermənistan vətəndaşını bıçaqla xəsarət yetiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB