Avtomobildən mobil telefon oğurlayan şəxslər yaxalanıb

Avtomobildən mobil telefon oğurlayan şəxslər yaxalanıb

Aprelin 30-na keçən gecə M.Cəlal küçəsində yaşayan Ziya Paşayevə məxsus "Toyota-Prado" markalı avtomobildən şüşəni sındırma yolu ilə 13 ədəd mobil telefon və avtomobilə aid sənədlər oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsini 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Türkel Seyidov avqustun 16-da, cinayətin digər iştirakçısı Elnur İsgəndərov isə avqustun 22-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə