Türkiyədə hərbiçilərə hücum nəticəsində 8 əsgər şəhid olub

Türkiyədə hərbiçilərə hücum nəticəsində 8 əsgər şəhid olub

Türkiyədə hərbi maşın karvanına hücum olub. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Hakkari-Çukurca avtomobil yolunda baş verib. Belə ki, yola qoyulan mina nəticəsində partlayan hərbi maşın karvanı PKK terrorçuları tərəfindən atəşə tutulub.

Son verilən xəbərə görə, dünyasını dəyişənlərin sayı 8, yaralıların sayı isə 9-a çatıb.

Hazırda Partlayış baş verən yerdə terrorçularla atışma davam edir, bölgədə təhlükəsizlik qüvvələri tərəfindən xüsusi əməliyyat keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə