Gəncə polisi dələduzluqda təqsirli bilinən Bakı sakinini həbs edib - FOTO

Gəncə polisi dələduzluqda təqsirli bilinən Bakı sakinini həbs edib - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları dələduzluqda təqsirli bilinən Bakı şəhər sakinini həbs edib. Qurumdan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat Abbasov Seymur Nadir oğlunun şikayəti əsasında həyata keçirilib. Belə ki, 1980-ci il təvəllüdlü Namazov Teymur Camal oğlu yuxarıda adıçəkilən şəxsi aldadaraq ona məxsus mal-qaranı paytaxta satıb və aradan çıxıb. Nəticə etibarı ilə Abbasov Seymur Nadir oğluna təxminən 2 min dollar dəyərində ziyan vurub. Aparılan axtarış tədbirləri nəticəsində dələduz Bakı şəhərində saxlanılıb. Dindirilmə zamanı məlum olub həbs olunan şəxs cinayəti tamah məqsədi ilə törədib. Əldə etdiyi pulu isə elə paytaxta da xərcləyib. Hazırda Namazov Teymur Camal oğlu barəsində cinayət işi açılıb istintaq davam edir. Polis dələduzun digər vətəndaşları da aldatmasından şübhə edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə