Çimərlik mövsümü başlayandan 6 nəfər suda boğulub

Çimərlik mövsümü başlayandan 6 nəfər suda boğulub
Son üç gündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına suda boğulma hadisəsi ilə bağlı 3 müraciət daxil olub ki, onlardan 1-i dünyasını dəyişib. Bu barədə SİA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib. O bildirib ki, ümumiyyətlə, çimərlik mövsümü başlayandan iyulun 28-dək suda boğulma ilə əlaqədar 20 müraciət daxil olub. M.Həmidovun sözlərinə görə, onlardan 6 nəfəri dünyasını dəyişib. Baş həkim vurğulayıb ki, çimərlik mövsümü başlayandan Abşeron yarımadası və Bakı ətrafındakı 14 çimərliyin hər birində stansiyanın təcili yardım briqadaları fəaliyyət göstərir. O qeyd edib ki, çimərliklərdəki təcili yardım briqadaları hər gün səhər saat 9-dan axşam saat 21-dək fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə