Şirvanla-Sabirabadı birləşdirən körpü yenidən uçub - FOTO

Şirvanla-Sabirabadı birləşdirən körpü yenidən uçub - FOTO

Şirvanla-Sabirabad rayonunu birləşdirən Kür çayı üzərindən keçən dəmir beton körpü yenidən uçub. SİA-nın Aran bürosuna məlumat verən 34 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Xeyrulla Əzizov bildirib ki, Hacıqabul Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0.8-ci kilometrliyində Kür çayı üzərində yerləşən körpü dəfələrlə uçub. Əsas səbəb də körpünün istismar müddətinin bitməsi və ağır tonnajlı yük maşınlarının bu yoldan keçməsidir. Hazırda təmir işi aparılır və günün ikinci yarısı körpüdə hərəkət bərpa ediləcək. Xatırladaq ki, həmin körpü bununla 5-ci dəfədir uçur.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə