Yaponiya və Türkiyədə zəlzələ baş verib

Yaponiya və Türkiyədə zəlzələ baş verib

Yaponiyanın Hönsü adasında zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,7 bal təşkil edib. ABŞ Geoloji Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələnin episentri Tokio şəhərindən 524 km şimal-şərqdə qeydə alınıb. İvate perfekturası ərazisində sunami təhlükəsinin olduğu bildirilir. Tələfat və dağıntı barədə məlumat verilmir.

Anoloji hadisə bu gün Bakı vaxtı ilə saat 11:34-də Türkiyədə baş verib. Yeraltı təkanların gücü 5,2 bal təşkil edib. Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Türkiyənin şərqində yerləşən Elazığ şəhərindən 34 km şərqdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə