Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.
SİA xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB