Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bu gün Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:30-dan 15:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
"Azərişıq" ASC-dən SİA-ya bildirilib ki, həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Eldar Ağayev, Mehman Bünyadzadə, Qızıl Şərq küçələrinin bir hissəsini əhatə edəcək.
Həmçinin Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində (KTM) görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Şərq və Birlik küçələri gərginliksiz qalacaq.
Paytaxtla yanaşı, Abşeron rayon ərazisində də iyulun 13-də fasilələr yaranacaq. Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsi qurulur. Yenidənqurma işləri aparılarkən 400 kVA gücündə KTM-i qidalandıran elektrik xətti açılacağı üçün Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində saat 10:00-dan 16:00-dək gərginlik olmayacaq.
Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB