Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb

Xaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

SİA-nın məlumatına görə, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.

Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə