Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanlar var.
SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB