Bakının bu qəsəbəsində yanğın olub

Bakının bu qəsəbəsində yanğın olub

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yanğın hadisəsi baş verib. Hadisə qəsəbədə yerləşən 19 nömrəli beşmərtəbəli yaşayış binasının şaxtasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) mətbuata verilən açıqlamada bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb və alov tamamilə söndürülüb.
Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə