Bakı-Sumqayıt yolunda maşın yanıb

Bakı-Sumqayıt yolunda maşın yanıb

Bakının Binəqədi rayonunda, Bakı–Sumqayıt şosesində avtomobillərdən birində yanğın baş verib. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, hadisə "Şamaxı yolu" tunelinin hissəsində qeydə alınıb.

Yanğın səbəbindən həm Xırdalan dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə