Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb.
SİA xəbər verir ki, hadisə Əbrəqunus-Güznüt avtomobil yolunda qeydə alınıb.
Belə ki, Culfa rayonunun Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Yusif Şakir oğlu Xudaverdiyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobil Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Muxtar Ağabala oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB