Bakıda motoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan şəxs həbs edilib

Bakıda motoxuliqanlıq edib sosial şəbəkələrdə paylaşan şəxs həbs edilib

Bakıda motoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan şəxs həbs edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə