Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslərdə gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur
Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə iyulun 5-nə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaq.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB