Şəkidə 5 nəfəri it dişləyib

Şəkidə 5 nəfəri it dişləyib

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.

SİA-nın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.

Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə