Bərdədə narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən qadın həbs edilib

Bərdədə narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən qadın həbs edilib

Bərdədə narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən qadın saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb. Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə