Şəkidə avtomobil vuran məktəbli xəstəxanaya yerləşdirilib

Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub. Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə