Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qəza nəticəsində bir ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.
Mərkəz tərəfindən işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə