Yol-nəqliyyat hadisəsi zamanı işıqfor dirəyi yararsız vəziyyətə düşüb

12 Aprel 2025 21:38 (UTC+04:00)

Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, qəza nəticəsində bir ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

Mərkəz tərəfindən işıqforun yenisi ilə əvəzlənməsi işləri görülür.