Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu öz həmyerlisi güllələyib.
Ayağından xəsarət alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB