12 nəfəri əmək müqaviləsi olmadan işlədən vəzifəli şəxs barəsində cinayət işi başlanıb
Gəncədə 12 nəfəri əmək müqaviləsi olmadan işlədən vəzifəli şəxs barəsində cinayət işi başlanıb. SİA xəbər verir ki, bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, şəhər ərazisində əmək hüquqlarının pozulması halları barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı “Fazil-20” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə