Sumqayıtda silah-sursat aşkarlanıb. SİA xəbər verir ki, hadisə “Sumqayıtçay və 76-cı məhəllə ərazilərində qeydə alınıb.
Belə ki, “Sumqayıtçay” ərazisində çayın kənarında 1 ədəd “TOZ-8” markalı qoşa lülə ov tüfəngi, 76-cı məhəllə ərazisində isə 1 ədəd “AK-74” markalı avtomat və ona məxsus sandıq, içərisində 20 ədəd 7.62 patron aşkarlanıb.
Aşkarlanan silah-sursat polisə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə