Avtomobil təmiri sexində yanğın

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir kİ, bir dam altında tikilən ümumi sahəsi 720 m² (hər birinin sahəsi 240 m²) olan 3 boksdan ibarət avtomobil təmiri sexinin bir boksunun yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan avtomobil ehtiyat hissələri yanıb. Boksun içərisində olan 2 ədəd minik avtomobili və digər bokslar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com