Sabah yarımadanın bəzi yerlərində leysan olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 8-i axşamdan 9-u axşamadək arabir yağış yağacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə