Respublika Perinatal Mərkəzi Publik Hüquqi Şəxsi barədə protokol tərtib edilib. SİA-nın məlumatına görə, mərkəz barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci(İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, protokol təsdiq edilərsə, mərkəz üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə