Qazaxda narkokuryer saxlanılıb - FOTO

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş Azər Əliyev saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixauana, metanfetamin və heroin aşkar edilib. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, A.Əliyev ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Qazax rayon ərazisində gizlədilən narkotiki öz istifadəsi, eləcə də satış üçün əldə edib. Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı Qazax RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə