Bakıda qadının çantasından 6500 manat oğrulandı

Bakıda qadının çantasından 6500 manat oğrulandı

Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Polisə müraciət edən qadın evindən içərisində 6500 manat pul və sənədi olan çantasının oğurlandığını bildirib.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş N.Bəkirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə