Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

Avqustun 22-də ölkə ərazisində qeydə alınan 43 cinayətin üstünün açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 26 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə