Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin nəşinin qalıqları Sumqayıt şəhərinə gətirilib. SİA xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Rəsul Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə