Bərdədə 77 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Bərdədə 77 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib. SİA xəbər verirki hadisə Bərdə Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bərdə rayon sakini 1979-cu il təvəllüdlü Elmir Mehdiyev idarə etdiyi 99-CC-602 dövlət qeydiyyat nişanlı "Ford" markalı yük avtomobili ilə yolu keçmək istəyən Ağcabədi rayon sakini 1947-ci il təvəllüdlü Kərimov Əzizi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə