Bakıda nəqliyyat vasitəsi qaçırılıb. SİA DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı və 18-ci Polis şöbələri əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də rayon ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “FAW” markalı avtomobili qaçırmaqda və yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtoyuma məntəqəsində işləyən Mingəçevir şəhər sakini Qılınc Abbasov saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB