Şərur rayon sakinindən "Kalaşnikov" markalı avtomat götürülüb. Bu barədə SİA-ya Şərur Rayonu Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, Şərur Rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü Zeynalov Səyyub Əziz oğlundan odlu silah götürülüb. Onun həmin silahı Şərur rayonunun Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB